Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115680
az

"Bu kimi hallara qarşı sayıqlığımızı artırmalıyıq" - Əhməd İsmayılov

12:4208 Avqust, 2024
122
CƏMİYYƏT
  • A

Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.

Oxu24.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı Direktoru Əhməd İsmayılov Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, ictimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.

“Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qayda da aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin çevik dəstəyi həmişə vacibdir.

Xüsusi vurğulamaq istərdik ki, informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq media etikasının tələblərini müntəzəm qaydada pozan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar yayan dairələr ölkəmizin media ictimaiyyəti tərəfindən daim qınanılmış və informasiya mühitinin sağlamlaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin fəaliyyət strategiyasına dəstək nümayiş etdirilib”,- deyə Ə.İsmayılov bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yüksək vəzifəyə təyinatlar oldu
Zaqatalada yeni doğulan        körpə      öldü
Bu işi törədənlər yüksək           məbləğdə      cərimələnəcək

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi