Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115679
az

Reketçiklikdə ittiham olunan jurnalistlərin işi məhkəmədə

12:2708 Avqust, 2024
105
KRİMİNAL
  • A

“Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev və onunla birgə həbs edilən müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu24.com xəbər verir ki, hər iki şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə 10 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Məhkəmənin hazırlıq iclası avqustun 15-ə təyin edilib.

Qeyd edək ki, baş redaktor və müavini bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onlar dələduzluqda və hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilirlər.

Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs edilib. Onun da cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi
Qazaxda evdə yanğın -VİDEO
Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü- VİDEO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi