Çin 1000 km/saat sürətə çata bilən dünyanın ən sürətli qatarını sınaqdan keçirməyə başladı!
Çin bir müddətdir üzərində işlədiyi ultra yüksək sürətli qatarın sınaqlarını tamamlayıb.
“China Aerospace Science and Industry Corporation Limited” və “Shanxi” şirkətlərininin birgə hazırladığı yeni nəsil ultra yüksək sürətli qatarı indiki ən sürətli qatardan ən azı 2 dəfə yüksək sürət vəd edir.
Aviasiya və kosmik texnologiyanı dəmir yolu nəqliyyatı texnologiyası ilə birləşdirən sistem saatda 1000 km sürətə çatmağı hədəfləyir.
Sistem uğurlu olsa Pekin və Şanxay (təxminən 1200 km) arasındakı səfərin müddəti cəmi bir saat yarıma qədər azaldıla bilər.(Lent.az)
Oxu24.com
ŞƏRHLƏR