Astara rayonunun üç yaşayış məntəqəsində təbii qazın verilişi dayandırılacaq.
OXU24.COM xəbər verir ki, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində diametri 159 millimetrlik orta təzyiqli qaz xəttinin üzərində olan nasaz siyirtmənin yenisi ilə əvəz olunması üçün "Şahağacı" QPS-dən qidalanan Təngərüd, Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla 1700 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxu24.com
ŞƏRHLƏR