Koronavirus infeksiyasının bu yaxınlarda Ukraynada aşkar olunmuş yeni FLiRT ştamı əvvəlkilərdən fərqli olaraq daha yoluxucudur.
OXU24.COM xəbər verir ki, bu barədə Ukrayna səhiyyə nazirinin müavini, Baş dövlət sanitar həkimi İqor Kuzin bildirib.
O, buna baxmayaraq, vaksinasiyanın hələ ki, effektiv profilaktik vasitə olaraq qaldığını deyib.
Kuzin xatırladıb ki, bu yaxınlarda Ukraynada yeni FLiRT subvariantı insandan insana daha tez ötürülməsi və immunitet reaksiyasından daha çox qaçması ilə xarakterizə olunur.
Oxu24.com
ŞƏRHLƏR