Qaynar xətt:

(+99450) 247 90 86

Putin Şoyqudan Bakı və Tehran səfərləri barədə məlumat istədi

SİYASƏT

102

07.08.2024, 18:47

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də keçirdiyi müşavirədə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib.

OXU24.COM  xəbər verir ki, Putin hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Baş Qərargah və Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərləri ilə keçirdiyi müşavirəni açarkən bildirib: "Sonra Sergey Kujuqetoviç İran və Azərbaycana səfərinin nəticələri barədə danışacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

S.Şoyqu Azərbaycana səfərdən əvvəl İranda olub.