Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115650
az

Vəzifəli şəxslər həbs edildi -RƏSMİ

20:1007 Avqust, 2024
100
CƏMİYYƏT
  • A

Qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birgə istintaq qrupu yaradılmaqla ibtidai istintaq davam etdirilir.

OXU24.COM xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Məlumatda qeyd edilir ki, istintaqla Azərbaycan vətəndaşları - “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilib, Şener Bilgi barəsində axtarış elan edilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ
COP29-un bağlanış plenar iclası keçirilir
Uçan naməlum obyektlər var? – Pentaqonun yeni hesabatı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi