Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu24.com xəbər verir ki, komanda 31 yaşlı cinah müdafiəçisi Slavik Alxasovla anlaşıb. Onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Artıq “qırmızı-ağlar”ın məşqlərində iştirak edən Alxasov müxtəlif illərdə “Sumqayıt”, “Xəzər Lənkəran”, “Sabah”, “Keşlə”/ “Şamaxı”, “Zirə”, “Turan Tovuz” klublarında çıxış edib.
Oxu24.com
ŞƏRHLƏR