Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115608
az

Uşağın qızdırmasını dərmansız salmağın yolları

23:4906 Avqust, 2024
122
CƏMİYYƏT
  • A

Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.

OXU24.COM  bildirir ki, bu xəstəliklərin əsas və valideynləri ən çox narahat edən və qorxudan simptom bədən qızdırmanın yüksəlməsidir.

Bu halda valideynlər adətən uşağa müasir hərarətsalan dərmanlarından birini verir. Lakin sadə üsullar var ki, bu üsulların köməyi ilə uşağın qızdırmasını heç bir dərman istifadə etmədən salmaq mümkündür. Bu üsullara fiziki üsullar deyilir. Onların əsas məqsədi uşağın bədənində gedən istiliyin hazırlanması prosesini ləngitmək və əksinə istilikvermə prosesini sürətləndirməkdir.

Bunun üçün nə etmək lazımdır?

Qızdırması olan uşağı ilk növbədə çarpayıda uzandırın. Uşağı yüngül geyindirin və üstünü qalın örtməyin (adyal kifayətdir, isti yorğan yox!). Əgər siz qızıdrması yüksək olan uşağı isti geyindirib üstəlik isti yorğana bükəcəksinizsə, bu hərarətin daha da artmasına gətirib çıxaracaq.

Xəstə uşaq uzanan otaq isti olmamalıdır (təxminən 22 C). Otağın pəncərəsinin nəfəsliyini açın, otağın döşəməsini nəm əski ilə silin. Quru və isti hava qızdırmanın daha da artmasına səbəb olacaq.

Adətən qızdırması olan uşaq yeməkdən imtina edir. Xəstə uşağı zorla yedizdirməyin. Bu da hərarətin daha da yüksəlməsinə səbəb olacaq. Uşağa bol ilıq (isti yox!) turş maye verin. Bu moruq, zoğal mürəbbəsi əlavə olunmuş çay, limonlu çay, turş kompot, itburnu dəmləməsi və s. ola bilər. Zorla içizdirməyin - bu qusmaya səbəb ola bilər. Lakin mayeni uşağa mümkün qədər tez-tez təklif edin. Bol mayenin qəbulu tərləməyə səbəb olacaq ki, tərləmənin nəticəsində hərarət enəcək.

Hərarət 38-38,5 C çatıb və uşaq özünü normal hiss edirsə, dərhal qızıdrmasalan dərmanlarına üz tutmayın. İlk növbədə uşağı soyundurun və ilıq su ilə olan (32-34 C) vannaya salın və ya ilıq suya batırılmış əski ilə uşağın bədənini silin. Bu sadə üsul əksər hallarda qızdırmanın aşağı düşməsinə kömək edir.

Soyuq su istifadə etməyin, bu dəri kapilyarların sıxılmasına (spazm) səbəb olacaq ki, dəridə olan hərarət enəcək, lakin bədənin daxilində olan hərarət əksinə yüksələcək.

Əvvəllər nənələrimiz qızdırması olan uşaqların bədənini spirt, araq və ya sirkə əlavə olunmuş su ilə silirdilər. Lakin pediatrlar bu maddələrin istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.

Nəzərinizə çatdıraq ki, bütün sadaladığımız vasitələr yalnız uşağın dərisi çəhrayı rəngdə olduqda (biz buna "uşaq yanır" deyirik) istifadə etmək olar. Yüksək qızıdrması olan uşağın dərisi soyuq, solğun və ya göyümtüldürsə, dərhal həkimə müraciət edin. Bu halda sadaladığımız üsullar kömək etməyəcək və əksinə ziyan vura bilər. Belə uşağa vaxt itirmədən hərarətsalan preparat verilir.

Uşağın qızıdrması düşübsə, bu heç də o demək deyil ki, uşaq sağalıb. Hərarətin artmasına səbəb olan amil aradan qaldırılmalıdır. Bu baş verməzsə, müəyyən müddətdən sonra qızıdrma yenə qalxacaq. Mütləq uşağa nəzarət edən pediatra müraciət edin ki, həkim hərarətin yüksəlməsinin səbəbini müəyyən etsin və uşağa lazım olan müalicə təyin etsin.

Əgər sadaladığımız vasitələr kömək etməzsə və uşağın hərarəti yenə artarsa, bu halda uşağın yaşına uyğun olan dozada hərarətsalan dərman istifadə edə bilərsiniz.

Diqqət! Fiziki üsullardan yalnız uşaq özünü nisbətən normal hiss etdikdə istifadə olunur.Uşaq çox halsızdrsa və onun ümumi vəziyyəti ağırdırsa, ona qızdırmasalan dərman verin.

Həmçinin hər hansı xroniki xəstəliyi olan uşaqlara qarşı daha diqqətli olmaq, onların qızıdırması 38 C çatanda qızıdrmasalan preparat vermək lazımdır.

Febril qıcolmalara ("sudorqa") meylli olan uşaqlara da qızıdırma 38 C çatdıqda dərhal hərarətsalan preparat verilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onların cənazələri Bakıya gətirildi -CANLI / YENİLƏNDİ
Qırmızı kürü ikiqat bahalaşdı
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır