Rusiya prezidenti Vladimir Putin İranın ali dini lideri Əli Xamneyidən İsrailə qarşı təmkinli davranmağı xahiş edib.
Oxu24.com xəbər verir ki, Bu barədə Reuters agentliyinə iki yüksək vəzifəli İran rəsmisi məlumat verib.
Onlar bildiriblər ki, Putin Xamneyiyə HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Tehranın planlaşdırdığı cavab zərbəsi çərçivəsində İsrail vətəndaşlarına zərər verməməyi tövsiyə edib.
Putinin mesajını Xamneyiyə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu çatdırıb. Dünən o, Tehranda İran prezidenti Məsud Pezeşkian və İran ordusunun komandanı Məhəmməd Baqiri ilə görüşüb.
Reuters agentliyinə danışan İran rəsmilərinin sözlərinə görə, Şoyqunun səfəri Moskvanın İrana tələbini çatdırdığı bir neçə kanaldan sadəcə biri olub. Bu, HƏMAS-la yaxın münasibətləri olan Kremlin İsmayıl Haniyənin ləğvini kəskin şəkildə pisləyərək bunu “siyasi qətl” adlandırmasına baxmayaraq.
Reuters mənbələri əlavə edib ki, Yaxın Şərq hazırda “böyük müharibənin astanasındadır”.
Eyni zamanda, avqustun 6-da “The New York Times” İran İnqilab Keşikçiləri Korpusunun adı açıqlanmayan iki yüksək vəzifəli rəsmisinə istinadən yazıb ki, Rusiya İsrailin mümkün hücumunu dəf etmək üçün İranı müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə başlayıb. Tehranın yaxın müttəfiqi kimi Moskvaya belə bir müraciət etdiyini təsdiqləyiblər.
Miri
Oxu24.com
ŞƏRHLƏR