Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115581
az

"Meşə manyakı" adını aldı,20 il günahsız həbs yatdı

14:5806 Avqust, 2024
143
  • A

Rusiyada "meşə manyakı" kimi tanınan Aleksey Koroçkin törətmədiyi cinayətlərə görə 20 il koloniyada həbs həyatı yaşayıb. 

Oxu24.Com xarici KİV-ə istinadən xəbər verir ki,  Koroçkinin günahsız olduğunu sübut edən dəlillər illər sonra məhkəmə  tərəfindən araşdırılıb. Məlum olub ki, kişi  heç bir cinayət törətməyib. 

Koroçkinin sözlərinə görə, o, qətl və zorlamada ittiham olunduğu adamlardan heç birini tanımır. O, kiminsə öldürüldüyünü ancaq saxlanılandan sonra öyrənib.

“Həyatımdan 20 il getdi. Məni saxlayanda ancaq dedilər ki, filankəs öldürmüşəm, filankəsi zorlamışam, hətta meşədə... Və öldürdüyüm qızları orada dəfn etmişəm", - o, qeyd edib. 

Aleksey Koroçk bildirib ki, hökm iki qızın ifadəsinə əsaslanıb, onlardan biri sonradan yoxa çıxıb. 

Məlum olub ki, müstəntiqlər silahın bütün qurbanları öldürmək üçün istifadə edildiyini aşkar ediblər. Silahın sahibinin təxminən bir il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişən keçmiş polis əməkdaşı olduğu üzə çıxıb. Bununla bağlı istintaq bərpa edilib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Egey dənizində güclü zəlzələ baş verdi
Daha bir ölkə ÜST-dən çıxır
Parisdə bomba həyəcanı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto