Daxili işlər naziri, general-polkovnik
Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyindən (DİN) "Report"a verilən məlumata görə, qəbul aprel ayının 27-də Göyçay rayon Polis Şöbəsində keçiriləcək.
Nazir Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir və Ağdaş şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Oxu24.com
ŞƏRHLƏR