Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115571
az

Edmundo Qonzalesə qarşı cinayət işi açılıb

18:0106 Avqust, 2024
76
  • A

Venesuela Baş Prokurorluğu son seçkilərdə prezidentliyə namizəd olmuş müxalifət lideri Mariya Korina Maçado və keçmiş diplomat Edmundo Qonzalesə qarşı cinayət işi açıb. 

 

İş, Qonzales və Maçadonun "Milli Seçki Şurası tərəfindən elan edilən şəxs deyil, prezident seçkilərinin qalibi" adlandırılan bəyanat yayması səbəbindən açılıb. Üstəlik, sənədin mətnindən göründüyü kimi, bu cür bəyanatlar üçün səlahiyyətli orqan yalnız şuradır.


Baş Prokurorluq hesab edir ki, Qonzales və Maçado “polis və hərbi qulluqçuları qanunlara tabe olmamağa çağırır”. Bundan başqa, onlar “hakimiyyəti qəsb etmə”, “iğtişaşlar təşkil etmək üçün yalan məlumat yayma”, “qiyama təhrik”, habelə “cinayətkar sui-qəsd”də ittiham olunurlar.

Söhbət Mariya Korina Maçadonun daha əvvəl X sosial şəbəkəsində yerləşdirdiyi bəyanatdan gedir. Maçado və Qonzalesin imzaladığı sənədin mətnindən belə görünür ki, Venesuelanın bütün ştatlarında müxalifət qalib gəlib. Bəyanat müəllifləri həmçinin prezident Nikolas Maduronu məğlubiyyəti etiraf etməkdən imtina etməkdə ittiham ediblər.

Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Milli Seçki Şurası 2013-cü ildən hakimiyyətdə olan prezident Nikolas Maduronun qalib olduğunu açıqlayıb. Ondan başqa, 74 yaşlı keçmiş diplomat Edmundo Qonzalez Urrutia, aparıcı müxalifət qüvvəsi olan Demokratik Unitar Platformanın (PUD) nümayəndəsi də daxil olmaqla, prezidentliyə daha doqquz namizəd mübarizə aparırdı. Karakasda keçirilən seçkilərdə səslər hesablandıqdan sonra nəticələrlə razılaşmayan vətəndaşlar arasında etiraz aksiyaları başlayıb. Küçələrdə polislə nümayişçilər arasında toqquşma olub. Bir sıra Latın Amerikası ölkələri də seçkinin nəticələrini tanımayıb. Öz növbəsində Venesuela seçkinin nəticələrini tənqid edən yeddi ştatdan diplomatlarını geri çağırmaq qərarına gəlib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Egey dənizində güclü zəlzələ baş verdi
Daha bir ölkə ÜST-dən çıxır
Parisdə bomba həyəcanı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto