Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115534
az

Dünyanın bu sui-qəsddən xəbəri yox idi: Görün Putin və Belousov HARADA ÖLDÜRÜLƏCƏKDİ

18:5405 Avqust, 2024
78
SİYASƏT
  • A

Vladimir Putin və müdafiə naziri Andrey Belousov Rusiyada Hərbi Dəniz Qüvvələri günündə təntənəli paradda çıxış edərkən Ukrayna xüsusi xidmət orqanları hücuma hazırlaşırdı.

OXU24.COM xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilk dəfə "Rossiya-1" telekanalının efirində təfərrüatları açıqlayıb.

Ryabkov iddia edir ki, hətta Amerikanın müdafiə naziri Lloyd Ostin də bu xəbərlərdən çox təəccüblənib və olduqca ciddi qəbul edib. Bundan sonra Vaşinqton Kiyevlə əlaqə saxlayıb və planlaşdırdıqlarını etməməyi tələb edib.

Diplomatın fikrincə, əgər Ukraynanın planı baş tutsaydı, bu, Rusiya və ABŞ-ı idarəolunmaz münaqişəyə soxacaqdı. Rusiya müdafiə naziri Andrey Belousovun siqnalı Pentaqonun rəhbəri Lloyd Ostinə çatdı, Moskva və Vaşinqton kəskin dönüşdən yayındılar.

"Deyə bilərəm ki, Rusiya tərəfinin Vaşinqtona göndərdiyi siqnal, mənim başa düşdüyüm kimi, təkcə Vaşinqtonun müdafiə şöbələrinə deyil, onun nəzarətində olan bəzi digər paytaxtlara da çatıb", - Ryabkov Rusiya və ABŞ başçıları arasında söhbəti şərh edərkən deyib.

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini bütün təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, epizodlardan biri təşviş yaradıb. Ççünki onlar maksimum ziyan vurmağı və maksimum effekt əldə etməyi planlaşdırırmışlar:

“Görünür, hərbi rəhbərliyimizin və müdafiə nazirinin amerikalı tərəfdaşa siqnalı öz təsirini göstərib”, - diplomat əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyulun 12-də Belousovla Pentaqonun rəhbəri Ostin arasında telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. O qeyd edib ki, təhlükəsizlik təhdidlərinin qarşısının alınması və mümkün eskalasiya riskinin azaldılması məsələləri müzakirə olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pezeşkian Xameneidən İsraillə bağlı görün nə xahiş etdi
Gerasimov Ukraynanın 300 nəfərdən çox itki verdiyini AÇIQLADI
Paris-2024: taekvondoçumuz finala yüksəldi -YENİLƏNDİ

Dünyanın ən sürətli qatarı: Sürət 1000 km/saat

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Körpənin müəmmalı ÖLÜMÜ: "Həkimin tapşırığı ilə..."