Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115530
az

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələrielan olundu

16:2705 Avqust, 2024
130
CƏMİYYƏT
  • A

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

Oxu24.Com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 894 namizəddən 5 nəfər imtahana gəlməyib. Namizədlərdən 666 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Qeyd olunub ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 6 avqust saat 10:00-dan 7 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ECB faiz dərəcələrini 25 baza bəndi azaldıb
"İstintaq bitmədən bir həkimin həbs edilməsi məni çox narahat etdi" - Kardioloq Üzeyir Rəhimov
AAYDA Qarabağ və Şərqi Zəngəzurda görülən         işləri      açıqlayıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb