Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115509
az

Yusuf Dikeç İlon Maskı İstanbula dəvət etdi

14:1305 Avqust, 2024
127
  • A

"Paris 2024" Olimpiya Oyunlarında atıcılıq branşında Türkiyənin ilk medalını qazandıran Yusuf Dikeç atıcılıqdakı ikonik duruşu ilə dünya gündəminə düşüb.

Oxu24.com xəbər verir ki,  Dikeç yarışda onu izləyən "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, "X" sosial media platformasının sahibi İlon Maskı İstanbula dəvət edib. İlon Mask isə Türkiyə milli idmançısının dəvətini qəbul edib.

Sosial media üzərindən İlon Maska müraciət edən Yusuf Dikeç, "Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?”,- deyə paylaşımında yazıb.

Buna cavab olaraq Mask daha əvvəl vuruşuna heyran olduğu Türkiyə milli idmançısına "Robotlar həmişə hədəfi tam ortada vuracaqlar. İstanbulu ziyarət etməyi səbirsizliklə gözləyirəm. Dünyanın möhtəşəm şəhərlərindən biridir",- deyə cavab verib.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail polisi iki rusiyalı mühaciri ekstremizmə görə həbs edib
Estoniyada elektrik stansiyası sıradan çıxıb
Qızıla rekord tələb

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto