Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115492
az

Kim sərhədçiləri yeni raket sistemləri ilə silahlandırır

11:5505 Avqust, 2024
94
  • A

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi xəbərə görə, Pxenyanda Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə cəbhə bölgəsindəki bölmələrə yeni ballistik raketlər üçün 250 buraxılış qurğusunun təhvil verilməsi mərasimi keçirilib.

 

Oxu24.com xəbər verir  ki, qurğulardan hansı raketlərin buraxılacağı dəqiqləşdirilməyib.


Mərasimdən əvvəl Kim Çen In “KXDR silahlı qüvvələrinin yeni əsas hücum silahı kimi istifadəyə verilən” buraxılış qurğularına baxış keçirib və sonra onların sərhəd qoşunlarına təhvil verilməsi barədə göstəriş verib.

 

Kim Çen In yeni texnologiyanı “milli suverenliyi qorumaq və sülhü təmin etmək üçün qüdrətli qılınc kimi gücünü nümayiş etdirəcək KXDR-in milli nüfuzunu kəskin şəkildə artıraraq, KXDR adına və milli bayrağına böyük canlılıq aşılamaq üçün daha bir addım” adlandırıb. 


Koreya İşçi Partiyasının (WPK) Mərkəzi Komitəsinin katibi Ço Çun Ryonun dediyi kimi, yeni silah Kim Çen In tərəfindən şəxsən hazırlanıb.

 

İlin əvvəlindən Şimali Koreya bir sıra ballistik raket sınaqları keçirib. Onlardan bəzilərinə, məsələn, aprel ayında hipersonik sürüşmə döyüş başlığına malik bərk yanacaqla işləyən Hwasongpo-16B ballistik raketinin buraxılışına Kim Çen In rəhbərlik edirdi. İyulun əvvəlində Şimali Koreyanın Raket Elmləri üzrə Baş İdarəsi yeni “Hwasong-11da-4.5” taktiki ballistik raketini uğurla sınaqdan keçirib. Yeni raket 4,5 ton ağırlığında ultra böyük döyüş başlığına malikdir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniyada elektrik stansiyası sıradan çıxıb
Qızıla rekord tələb
Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün qurbanlarının cəsədləri çaydan çıxarılıb

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto