Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115449
az

Fransada Argentina millisinin futbolçuları təxribat törətməkdə günahlandırılıb

16:4303 Avqust, 2024
56
İDMAN
  • A

RMC Sport xəbər verir ki, Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo Olimpiadanın 1/4 finalında fransalı və argentinalı futbolçular arasında baş verən davanı şərh edərək, Argentinanı təxribatlarda ittiham edib.

“Oyun zamanı futbolçularımız böyük təxribatlara məruz qaldılar. Onlar 100-cü dəqiqəyə qədər dayanmağı bacardılar. Amma təəssüf ki, vəziyyət daha da pisləşdi”, - Diallo bildirib.

Fransa 1:0 hesabı ilə qalib gələrək turnirin yarımfinalına vəsiqə qazanıb.

Bundan əvvəl Buenos-Ayresdəki “River Pleyt” stadionunda 80 min insan Fransa millisinin futbolçuları haqqında irqçi mahnı oxumuşdu. İrqçi qalmaqallı insident Argentinanın 2024-cü ildə Amerika Kubokunun finalında qələbə qazanmasından sonra baş verib və internetdə yayımlanan "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes tərəfindən yayımlanıb. Fransa Futbol Federasiyası futbolçuların bu cür davranışları ilə bağlı Beynəlxalq Futbol Federasiyasına şikayət etmək və Argentina federasiyasına məktub göndərərək tədbir görülməsini xahiş etmək niyyətindədir.

Bir müddət əvvəl Argentina millisinin futbolçusu Olimpiya Oyunlarında fransızlarla əlbəyaxa davadan danışmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Türkiyə Superliqası: Son çempion mövsümə qələbə ilə başladı
ABŞ-dan olan idmançı 2024-cü il Olimpiya Oyunlarında medalların keyfiyyətini tənqid edib
Turan Bayramov ilk görüşdə məğlub oldu

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya tərəfi hücumun videosun yaydı
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Tez-tez "Niyə evlənmirsən?" sualını verən qonşusunu öldürdü