Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115439
az

Xorvatiya Macarıstanın bəyanatından hiddətlənib

12:5503 Avqust, 2024
100
  • A

Euractiv xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyi rəhbərinin Xorvatiyanın neft tranziti üçün etibarsız ölkə olması ilə bağlı bəyanatı Zaqrebdə hiddət yaradıb.

Avropa Komissiyası Macarıstan və Slovakiyaya Xorvatiyadakı JANAF Adriatik boru kəmərinin ehtiyat gücündən hər iki ölkəni Rusiyadan olmayan neftlə təmin etmək üçün istifadə etməyi təklif edib. Lakin Macarıstanın xarici işlər naziri Peter Szijyarto “Xorvatiyanın sadəcə olaraq etibarlı tranzit ölkəsi olmadığını” deyərək təklifi rədd edib.


Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman deyib: “Bu, uzun müddətdir ki, xoşagəlməz hərəkətlərinə həddindən artıq təmkin və mülayimliklə cavab verdiyimiz bir ölkənin nümayəndəsindən eşitməyi gözləmədiyimiz siyasi cəhətdən dərin təhqiredici bəyanatdır”.

Slovakiya cümə günü Xorvatiya hökumətindən tədarükün təmin edilməsini təklif edən məktub aldığını bildirib. “Ancaq hansı qiymətə? Nə dərəcədə? Bu gün heç kim bunu bilmir”, - Slovakiyanın xarici işlər naziri Juraj Blanar bildirib.

Slovakiya, Macarıstan kimi, Avropa Komissiyasının Ukraynanı Rusiyadan neft axınını tam bərpa etməyə məcbur etməsini istəyir, lakin Blanarın sözlərinə görə, Avropa Komissiyası hərəkətə keçməsə, o da başqa həll yolu axtaracaq.

Avropa Komissiyası bir gün əvvəl bildirmişdi ki, Ukrayna Rusiyanın “Lukoyl” şirkətindən neftin tranzitini dayandırdıqdan sonra Macarıstan və Slovakiyaya neft tədarükü ilə bağlı vəziyyəti aydınlaşdırmağa davam edir, lakin indiki mərhələdə bu qərarın neftin həcminə təsirini görməyib. 

Macarıstan və Slovakiya Kiyevin qərarının onların enerji təhlükəsizliyini təhdid etdiyini iddia edir və Avropa Komissiyasında müzakirələrə başlayıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi
Ərdoğan və Makron telefonla danışdı - Nələri müzakirə etdilər?
ABŞ-ın Tennessi ştatında güclü qasırğa nəticəsində iki nəfər ölüb

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi