Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 2025, 17:09
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
567
02.08.2024, 16:58
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Oxu24.com xəbər verir ki, şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.
Bundan sonra cənazə dəfn edilmək üçün Laçın rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Həmçinin oxuyun
Şəhidin nəşi yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.
Qeyd edək ki, Quluyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. Qalıqları Xudafərin kənd qəbristanlığında aşkar edilib.
13:45 / 26 Fevral
2139
13:23 / 26 Fevral
2820
13:02 / 26 Fevral
2738
12:59 / 26 Fevral
2228
12:39 / 26 Fevral
4892
11:52 / 26 Fevral
2334
10:31 / 26 Fevral
1789
10:30 / 26 Fevral
2123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.