Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115412
az

Müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar Komissiyanıntərkibi dəyişdi

14:2902 Avqust, 2024
150
İQTİSADİYYAT
  • A

Müharibə əlillərinə birdəfəlik ödəmə ilə əlaqədar Komissiyanın tərkibi dəyişib.

Oxu24.com ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

“Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin sədri Komissiyanın üzvləri sırasından çıxarılıb.

Qeyd edək ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilir:

- I dərəcə əlilliyə görə – 8 800 manat;

- II dərəcə əlilliyə görə – 6 600 manat;

- III dərəcə əlilliyə görə – 4 400 manat;

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq
Neftimiz     bahalaşdı
Pensiya artımları nə vaxt veriləcək?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb