Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115397
az

Azərbaycan medal sıralamasında 15-ci pillədə

11:1402 Avqust, 2024
111
İDMAN
  • A

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 15-ci pilləyə yüksəlib.

Oxu24.com xəbər verir ki, bu, ötən gün cüdoçu Zelim Kotsoyevin (100 kq) qızıl mükafat əldə etməsi sayəsində reallaşıb.

Bir neçə gün öncə cüdoçu Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

Türkiyə və Ukrayna 35-ci (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 17-ci sıradadır.

İlk “üçlük”də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.

Hazırda 50 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldo soyundu
Misli Premyer Liqası:Yeni ildə ilk 3 turun proqramı açıqlandı
"Mançester Yunayted"də ciddi itki

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu