“Vladimir Putinin Türkiyəyə səfərinin tarixləri diplomatik kanallarla müəyyən edilməlidir”.
Rusiya mətbuatı xəbər verir ki, bunu müsahibəsində Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, bu səfərə kifayət qədər uzun müddətdir ki, hazırlıq görülür. Gündəmdə çoxlu məsələlər var, əslində, diplomatik kanallar vasitəsilə tarixləri razılaşdırmaq qalır”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə bu ilin iyulun 3-də Astanada görüşüb.
Kreml iyulun 25-də Putinin Türkiyə səfərinin hazırlıq mərhələsində olduğunu və məsələnin hər iki ölkənin Xarici İşlər nazirlikləri səviyyəsində müzakirə edildiyini bildirmişdi.
Oxu24.com
ŞƏRHLƏR