Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı birgünlük matəm elan edib.
Bu barədə Ərdoğan “X” hesabında yazıb.
“Fələstinin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin şəhid olması ilə əlaqədar 1 günlük (2 avqust) milli matəm elan edildi”, - Türkiyə lideri qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR