Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115371
az

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

16:1301 Avqust, 2024
69
CƏMİYYƏT
  • A

4 avqust 2024-cü il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Oxu24.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizədlər “İmtahana buraxılış vərəqəsi” //eservices.dim.gov.az/brxv keçidinə daxil olaraq çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Onlardan 335 nəfəri oğlan, 559 nəfəri qızdır. 712 namizəd Azərbaycan bölməsinin, 182 namizəd rus bölməsinin, 318 namizəd cari ilin, 576 namizəd isə əvvəlki illərin məzunudur. 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 864, Naxçıvan şəhərində isə 30 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd edilib ki, bu mərhələdə iştirak edəcək 894 nəfərdən 655 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 239 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda qəza - Xəsarət alanlar var
Komitənin şöbə müdiri vəfat edib
Külək güclənəcək - SARI XƏBƏRDARLIQ

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
SON DƏQİQƏ! Rusiyaya hücum başladı: Bu şəhərlər boşaldılır
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Masallıda narkokuryer saxlanıldı - FOTO