Yardımlıda polis zabiti qəzaya düşərək ölüb.
Hadisə ötən gün gecə saatlarında Yardımlı rayonunun ən ucqar dağ kəndlərindən biri olan Osnakəran kəndində baş verib.
Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 30 yaşlı Şahin Nəsirov xidməti avtomobilində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək dərəyə yuvarlanıb. Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.
Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır. (Xəzər TV)
Oxu24.com
ŞƏRHLƏR