Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115360
az

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

14:4401 Avqust, 2024
140
İQTİSADİYYAT
  • A

"Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar bu gündən qüvvəyə minib"

Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır:

"2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də, porses artıq stabilləşmə fazasına daxil olub. Makroiqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaratsa da inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdə dəyişikliklər ilə bağlıdır. Bu isə illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaratsa belə göstəricidə dəyişikliklərə səbəb ola bilər".

V.Bayramov qeyd edib ki, Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır:

"Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarının gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına təsir göstərməsi olduqca vacibdir. Digər tərəfdən, son aylar depozit faizlərində artımlar davam edir. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 10.0 faizlə qəbul edirlər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Kredit faizlərində artımların olmaması üçün uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DSMF-nin gəlir və xərcləri bu    qədər   olacaq
Qızıl və    gümüş     ucuzlaşdı
Dekabr ayının bütün sosial    ödənişləri     yekunlaşıb

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var