Rusiyanın Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasının qaz partlaması nəticəsində uçması nəticəsində 4 uşaq və 4 böyük xəsarət alıb.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
İdarədən əlavə ediblər ki, hazırda fövqəladə hadisə yerində 170 mütəxəssis və 45 texnika işləyir.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vaqonka mikrorayonunun Sibirskaya küçəsi, 83 ünvanında yerləşən yaşayış binasının girişləri məişət qazının partlaması nəticəsində uçub. Şəhərin başçısı Vladislav Pinayev daha əvvəl bildirmişdi ki, 7 nəfər xəsarət alıb, onlardan 5-i uşaq, böyüklər də xəstəxanaya yerləşdirilib.
Uçmuş binanın sakinləri üçün ehtiyatda Sportivnaya-2 mehmanxanası olmaqla, “Sportivnaya-1” mehmanxanasında müvəqqəti yerləşdirmə mərkəzi təşkil edilib.
Rusiya İstintaq Komitəsi faktla bağlı “istehlakçıların həyatı və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi) ilə cinayət işi açıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR