Ermənistan hökuməti avqustun 1-də keçirilən iclasda ölkədə təlim-məşq toplanışlarının keçirilməsi barədə qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, bu qərara əsasən, 2024-cü il sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbi qulluqçuların təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulur, onların keçirilməsinin məqsədləri, cəlb olunan ehtiyata buraxılan hərbi qulluqçuların tərkibi, ümumi sayı və ixtisaslar, hər bir ixtisas üzrə hazırlığın vaxtı və sayı müəyyən edilir.
Ehtiyatda olan vətəndaşların hərbi vərdişlərinin artırılması, peşə hazırlığının artırılması, ehtiyatda olan zabitlərin və ali təhsilli gizirlərin hazırlanması məqsədi ilə təlim-məşq toplanışları elan edilir.
Qərarın 3-cü və 4-cü bəndləri gizlidir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR