Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11534
az

Səhər yeməyi yeməməyin 5 ziyanı - ARAŞDIRMA

09:0502 Aprel, 2019
1175
MARAQLI
  • A
 
Səhər yeməyi çox mühümdür. Əgər onu uzun müddət yeməsəniz, bədənə ziyan vurmuş olarsınız. Səhər yeməməyin ziyanlarına nəzər salaq:

1. Səhər yeməyi yeməsəniz, beyniniz düzgün işləməz.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, lazımi miqdarda qidalanmamaq uşaqların və yeniyetmələrin zehni inkişafına mənfi təsir qoyur. Alimlər bu fikrə gəlib çatıblar ki, səhər yeməyib dərsə gedən uşaqlar özlərini daha çox yorğun hiss edərlər. Ona görə də diqqətlərini cəmləyə bilmirlər. O uşaqlar ki, kifayət qədər dəmir, yod və protein qəbul etmirlər, huş qabilyyətləri daha zəif olur. Tədqiqatlar göstərir ki, səhər yeməyini nizamlı şəkildə yemək, məsələ həllini və öyrənmək qabiliyyətini gücləndirər.

2. Səhər yeməyi yeməyənlər kökələr.

Əgər çəkinizi kontrol etmək istəyirsinizsə, o zaman səhər yeməyi yeyin. Çünki bu zaman daha az kalori qəbul edib, tez arıqlamaq olar. Tədqiqatlar göstərir ki, o kəslər ki, səhər yeməyini yeyir və idman edirlər, daha tez arıqlaya bilirlər. O kəslər ki, səhər yeməyini yemirlər, aclıqla mübarizə etmək üçün naharı çox yeyirlər.

3. Səhər yeməyini yeməyənlər qidalı maddələri az qəbul edərlər.

Səhər yeməyi bədəni qidalı maddələrlə təmin edər. O cümlədən kalsium, liflər, dəmir, A, C, B2 viatmini ilə. Əgər səhər yeməyindən imtina edirsinizsə, deməli özünüzü sağlam qidalanmaqdan məhrum etmisiniz.

4. Səhər yeməyi yeməyənlərin əsəbləri gərgin olar.

Səhər yeməyi bədəni vitamin və qidalı maddələrlə təmin edər. Sizə yardım edər ki, gün ərzində daha çox enerjiyə malik olasınız.

5. Səhər yeməyi yeməyənlər həmişə acdırlar.

Səhər yeməyi yeməyən insanlar özlərini həmişə ac və zəif hesab edərlər. Əgər günə səhər yeməyi ilə başlasınız, daha az ac olarsınız. O zaman ki, səhər yeməyini yemirsiniz, mədəniz beyninizə siqnallar göndərər ki, acsınız. Hər nə qədər səhər yeməyini gec yesəniz, daha çox aclıq hiss edərsiniz. Səhər yeməyini sevməyən insanların yemək menyusunda adətən zərərli qidalar çox olur.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO
Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi