Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.
Tatarıstanın Ural şossesində “KamAZ” və xarici avtomobilin toqquşması nəticəsində 3 nəfər həlak olub.
Oxu24.com xəbər verir ki, bu barədə vilayət Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti avqustun 1-də bildirib.
M5 magistralının 1268-ci kilometrliyində “Nissan”ın sürücüsü qarşıdan gələn zolağa çıxaraq yük maşını ilə toqquşub.
“Nissan”ın sürücüsü və 1959-cu və 1982-ci il təvəllüdlü iki sərnişini hadisə yerində dünyasını dəyişib”, - Dövlət Yol Müfəttişliyindən bildirilib.
Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR