Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115327
az

"Avqustun 2-də Bakıya gələcəkdi..." - Laçında həlak olan hərbçi dəfn edildi (VİDEO)

12:1301 Avqust, 2024
113
  • A

Laçında həlak olan dörd hərbiçidən biri gizir Fərid Famil oğlu Cəbrayılovun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Oxu24.com xəbər verir ki, bu barədə “Baku TV” süjet hazırlayıb. 

Hərbçinin atası Famil Cəbrayilov bildirib ki, oğlu 10 gün əvvəl evə gəlib. 

Dayısı Elxan Əhmədovun sözlərinə görə, Fərid 17 ildir hərbi xidmətdə olub və heç bir səhv addımı olmayıb: “44 günlük Vətən müharibəsində də iştirak edib. Həmişə onunla fəxr etmişik. Ailəli idi, iki azyaşlı– 2 və 4 yaşlarında övladı var. Bir həftə öncə əlaqə saxladıq, dedi “hər şey qaydasındadır, avqustun 2-də Bakıya gələcəyəm”.

Xatırladaq ki, iyulun 31-də Laçın rayonu ərazisində, ilkin ehtimala görə, kükürd qazlı termal sularda çimərkən zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kolbasada ət əvəzinə toyuq başı istifadə ediblər - Nazirlik yeni siyahı yaydı
Hər kəsin evində olan bu üç əşya təhlükə saçır - Ciddi XƏBƏRDARLIQ
Müəllimlərin sertifikasiyası hələ də gecikir

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto