Qaynar xətt:

(+99450) 247 90 86

Daha iki itkin-şəhidin dəfn mərasimi keçiriləcək

CƏMİYYƏT

176

31.07.2024, 12:42

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.

Dövlət Komissiyasından bildirilib ki, avqustun 1-də şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun qalıqları Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

Avqustun 2-də isə şəhid hərbçi Quliyev Camal Möhübbət oğlunun qalıqları Laçın şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.