Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115251
az

“Cavanşir” körpüsündə təmir işləri nə yerdədir? - VİDEO

11:5831 İyul, 2024
115
  • A

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Oxu24.com xəbər verir ki, “İnşaat Norma və Qaydaları”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb. Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.

Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib. 

Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Belə ki, layihə boyu yeni piyada səkilərinin tikintisi icra olunub. Hazırda piyada səkilərinin və yolun hərəkət hissəsinin kənarlarına yeni səki daşlarının düzlüməsi, səkilərin tamet daşlarla örtülməsi işləri də aparılır.

Bundan başqa layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ayrıcı zolaqlarda və yol kənarlarında əlavə abadlaşdırma işləri görülür, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınır. 

İşlərinin tərtib olunmuş qrafikə uyğun yaxın günlərdə yerinə yetirilib yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdir. 

Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki uşaq anası dəm qazından boğulub öldü
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB