Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115248
az

“AzInTelecom”un yeni data mərkəzlərinə “TIER 3 Design” sertifikatı verilib

11:2931 İyul, 2024
106
CƏMİYYƏT
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən Azərbaycanda iki yeni data mərkəzinin tikintisi ilə bağlı hazırlıq işlərinə start verilib.

 

Tikiləcək data mərkəzləri üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəxalq keyfiyyət standartlarını müəyyən edən “TİER 3 Design” sertifikatı alınıb.

 

ABŞ-nin “Uptime Institute” təşkilatı tərəfindən verilən sertifikat etibarlı məlumat mübadiləsi, dayanıqlılıq və fasiləsiz xidmət baxımından beynəlxalq nüfuzlu sertifikat hesab olunur. 

 

“AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER 3” sertifikatına malik ilk qurumdur.

 

Şirkətə məxsus, Bakı və Yevlaxda yerləşən mövcud data mərkəzlərinin hər ikisi üçün “TIER 3” və “TIER 3 Design” sertifikatları alınıb.

 

Bu günədək 115 dövlət qurumu öz informasiya sistemlərini həmin data mərkəzlərinə tam və ya qismən miqrasiya edib.

Ölkədə etibarlı “bulud” xidmətləri üzrə artan tələbat, dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsallaşması, emal olunan məlumatların çoxluğu yeni data mərkəzlərinin tikintisinə zərurət yaradıb.

 

Bu məqsədlə “AzInTelecom” MMC tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə 150-yə yaxın dövlət qurumu ilə müzakirələr aparılıb. Məlumat sorğusu əsasında növbəti 10 il üçün tələbat müəyyən edilib və konsepsiya sənədi hazırlanıb.

 

Abşeron və Hacıqabul rayonlarında tikiləcək yeni data mərkəzlərinin Azərbaycanda rəqəmsallaşma prosesinə mühüm töhfə verəcəyi gözlənilir. Hazırkı data mərkəzlərində olduğu kimi, yeni data mərkəzlərində də kritik infrastruktur sistemləri xüsusi rejimdə rezervlənəcək, aktiv avadanlıqlar yüksək səviyyədə soyutma boru kəmərləri ilə təmin olunacaq.

 

Nəticə etibarilə avadanlıqlara texniki baxış və təmir zamanı da xidmətin fasiləsizliyi təmin ediləcək. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması və enerji paylaşdırıcı avadanlıqlar sayəsində mərkəzlər ekoloji baxımdan ətraf mühitə yüksək həssaslıqla fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, yeni data mərkəzlərinin qurulması rəqəmsal dövlət xidmətlərinin göstərilməsi və təşkilinin yaxşılaşdırılmasına, qurumlar üçün ayrı-ayrı “bulud” infrastrukturunun alınması və saxlanılmasına sərf olunacaq xərclərə qənaət edilməsinə, ölkənin rəqəmsallaşma ilə bağlı beynəlxalq reytinqinin yüksəldilməsinə, qurumlararası məlumat mübadiləsinə və böyükhəcmli məlumatların təhlilinə təkan verəcək.

 


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur kanal iki seriala görə cərimələndi
İran kütləvi hərbi təlimlərə başlayır
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi