Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Oxu24.com” xəbər verir ki, Putin danışıq zamanı Rusiya Federasiyasının bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:
“Vladimir Putin Rusiyanın bundan sonra da münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib”.
Bundan başqa tərəflərin danışığında ikitərəfli münasibətlər də müzakirə edilib. Oxu24.com
ŞƏRHLƏR