Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərliyi altında maşın karvanı Gümrü şəhərinə çatıb.
Oxu24.com Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Gümrüdə kifayət qədər insanın toplaşdığı Vardanants meydanında tezliklə mitinq başlayacaq.
Qeyd edək ki, Yerevanda kütləvi etiraz aksiyaları bazar günü davam etdiriləcək. Bu gün və sabah Paşinyan ölkənin əhəmiyyətinə görə ikinci və üçüncü şəhərlərində mitinq keçirəcək.
Oxu24.com
ŞƏRHLƏR