Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115172
az

Gürcüstandakı QHT-lər “Xarici agentlər haqqında” qanun çərçivəsində qeydiyyatdan keçəcək

18:2730 İyul, 2024
91
  • A

Gürcüstanda xarici dövlətlər və ya təşkilatlar tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları (QHT-lər) “Xarici təsirin şəffaflığı haqqında” qanuna (Xarici agentlər haqqında qanun) uyğun olaraq, avqustun 1-dən Ədliyyə Nazirliyinin yaratdığı reyestrdə qeydiyyatdan keçməyə başlayacaq.

 

Oxu24.com  xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

 

Onun sözlərinə görə, QHT-lərin qeydiyyatı üçün texniki baza hazırdır.

 

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib.

 

Sənəd xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur.

 

Siyahıya gəlirlərinin 20%-dən çoxu xarici maliyyədən gələn hüquqi şəxslər və ya KİV-lər daxil ediləcək. Qanun fiziki şəxslərə şamil edilmir. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.

 

Qanunun qəbulunun lehinə 84 deputat, əleyhinə 30 deputat səs verib, daha 58 deputat bitərəf qalıb.

 

Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasına xarici agentlərin seçkilərdə iştirakını qadağan edən qanun layihəsi təqdim edilib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət Baxçalı xəstəxanaya yerləşdirildi? - Müavinindən açıqlama
Əhməd Şaranın həyat yoldaşınının Osmanlılarla qan qohumluğu varmış -Görün kimin nəvəsidir
Egey dənizində güclü zəlzələ baş verdi

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto