Xızıda istirahət mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, rayonun Yarımca kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 115 m² olan mansarda tipli kotecin yanar konstruksiyaları 45 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRHLƏR