Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115161
az

Aİ rusların ölkəyə girişini asanlaşdırdığı üçün Macarıstana qarşı tədbir görməyə çağırıb

19:4130 İyul, 2024
143
DÜNYA
  • A

Avropa İttifaqı Macarıstanın Rusiya vətəndaşlarına vizaların verilməsini sadələşdirməklə bağlı son qərarına qarşı tədbirlər görməlidir.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti Avropa Xalq Partiyasının lideri Manfred Veberin Avropa Şurasının rəhbəri Çarlz Mişelə Brüsselə müvafiq müraciətin yer aldığı məktubuna istinadən yazır.

 

Financial Times-ın məlumatına görə, Macarıstan iyul ayında Rusiya və Belarus da daxil olmaqla səkkiz ölkənin vətəndaşları üçün təhlükəsizlik yoxlamaları və ya digər məhdudiyyətlər olmadan Macarıstana daxil olmağa imkan verən yeni sürətli viza sistemi elan edib.

 

Budapeşt bildirib ki, onların bir çoxu “Rusiya texnologiyalarından istifadə edərək atom elektrik stansiyaları tikəcək”, nəşr əlavə edir.

 

“Financial Times” qəzetinin yazdığı məktubda Weber bildirib ki, bu addım yoxlanılmamış ruslara AB-nin böyük bir hissəsində sərbəst səyahət etmək imkanı verəcək”.

 

O əlavə edir ki, Macarıstanın belə bir addımına cavab olaraq “Aİ təcili əks tədbirlər görməlidir”.

 

Bundan əvvəl Rusiya Səyahət Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin bildirmişdi ki, bu günə qədər ruslara Şengen vizalarının verilməsindən imtinaların payı 10%-ə yüksəlib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Venesueladan neft idxalına ehtiyac olmadığını bildirib
Reuters: Qəzadan sonra Vaşinqton hava limanı yaxınlığında helikopter uçuşları məhdudlaşdırılıb
Nazir Fidan Lavrovla görüşüb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi