Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115154
az

İsraildə etirazçılar hərbi bazalara soxulublar

18:2030 İyul, 2024
75
DÜNYA
  • A

İsraildə etirazçılar fələstinli məhbusla pis rəftar etməkdə şübhəli bilinən əsgərlərin həbsinə görə Sde Teyman və Beyt Lid hərbi bazalarına basqın ediblər.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

 

Qeyd olunur ki, kütləvi etiraz aksiyaları baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri tərəfindən təhrik edilib və Likud partiyasından olan Knessetin (parlament) bəzi üzvləri digər etirazçılarla birlikdə hərbi bazalara daxil olublar.

 

Baş nazir Netanyahu, həmçinin İsrail Silahlı Qüvvələrinin komandanı Herzi Halevi, müdafiə naziri Yoav Gallant və prezident Yitzhak Herzoq iğtişaşları tənqid edərək, onu qanunsuz və anarxiya ilə sərhəd adlandırıb və israilliləri sakit olmağa çağırıblar. Halevi şəxsən Beyt Lid bazasına gəlib və orada vəziyyəti qiymətləndirib.

 

Etirazçılar dağıdılıb, həbslər və xəsarət alanlar barədə məlumat yoxdur.

 

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib.

 

Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladıldı, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.

 

Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Pentaqon rəhbəri ilə telefon danışığı aparıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Qərbin Tbilisi planı: "rəngli inqilab", manipulyasiya, yalan
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin