Dövlət Departamenti Yaxın Şərqdə vəziyyətin növbəti gərginləşməsi fonunda Livandakı Amerika vətəndaşlarına respublikanı tərk etməyi tövsiyə edib.
Bu barədə ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitterin ABŞ-ın Beyrutdakı səfirliyinin X-dəki səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.
“Biz ABŞ vətəndaşlarına böhran başlamazdan əvvəl fövqəladə hallar planı hazırlamağı və Livanı tərk etməyi tövsiyə edirik. ...Bölgədə münaqişə qızışarsa, onların getməsinə mane ola biləcək çətinlikləri nəzərə alaraq, qohumlarını israrla Livana səyahətdən imtina etməyə inandırmağa çalışın”, Bitter qeyd edib.
Onun sözlərinə görə, əgər tərk etmək mümkün deyilsə, amerikalılar “uzun müddətə sığınacaq tapmalıdırlar”.
Miri
ŞƏRHLƏR