Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115122
az

Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR

14:5929 İyul, 2024
1380
ÖZƏL BÖLÜM
  • A

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkimlə xəstə arasında əlbəyaxa dava olub.

Oxu24.com xəbər verir ki, şəhər sakini Arzu Abdullayeva sağlamlıq arayışı almaq məqsədi ilə iyulun 23-də xəstəxanaya müraciət edib.

Məsələ ilə bağlı saytımıza müraciət edən Arzu Abdullayeva xəstəxanada göz həkimi Günel Səfərova tərəfindən döyüldüyünü iddia edib.

“Sağlamlıq haqda arayış almaq üçün göz həkiminin oturduğu kabinetə yaxınlaşdım. Qapının  arxadan bağlı  olduğunu  gördüm. Qapını döydüyüm  zaman bir  xanım içəridən qapını açaraq “hansı zibillərdir qapını döyən” ifadəsini  işlətdi. Mən ona sənəd üçün müraciət etmək istədiyimi  bildirən zaman  tibb işçisi əsəbi  halda qapını üzümə  çırpdı. Bu zaman əlim qapının arasında qaldı və dırnağım qırıldı. Daha sonra içəridən çıxan göz həkimi Günel Səfərova mənə hücum etdi. Nəticədə aramızda əlbəyaxa dava oldu. Mənə bir neçə yerdən xəsarət yetirdi. Xəstəxanada hücuma məruz qaldığım üçün əraziyə polis çağırdım.İş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”,- deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı davada adı hallanan göz həkimi Günel Səfərova ilə də əlaqə saxladıq.

Günel Səfərova belə bir hadisənin baş verdiyini təsdiqlədi.

“O xanım çox söz deyə bilər. O, özü mənə xəsarət yetirib.Əlavə münasibət bildirmək istəmirəm”,- deyə  həkim  bildirib.

 

Həkim Günel Səfərova 

 

Məsələ ilə bağlı xəstəxanın direktorun inzibati məsələlər üzrə müavini Murad Rəhimzadə də münasibət bildirib. Onun sözlərinə görə,məsələ  hazırda ətraflı  araşdırılır.

 

Qazi anasının döyülməsi iddiası ilə bağlı hazırda Şirvan Şəhər Prokurorluğunda da araşdırma aparılır. İşi aparan müstəntiq İlqar Novruzov saytımıza açıqlamasında bildirib ki,işlə bağlı ətraflı araşdırma aparılır. Fakta əsasən hüquqi qiymət veriləcək.

Qeyd edək ki, xəstəxanada döyüldüyünü iddia edən qadın Vətən Müharibəsi qazisi E.Abdullanın anasıdır.

 

Akşin.M

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT
31 il əvvəl törədilmiş qətlin   üstü   açıldı