Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115118
az

Vasif Talıbovla oğlunun namizədliyi irəli sürüləcək?

14:0729 İyul, 2024
69
CƏMİYYƏT
  • A

Sentyabrın 1-də Azərbaycan Milli Məclisi ilə yanaşı Naxçıvan Ali Məclisinə də seçki keçiriləcək.

Oxu24.com modern.az-a istinadən xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) hələlik 45 mandatın olduğu Naxçıvan Ali Məclisinə namizədlərini irəli sürməyib.

Rəsmi məlumata görə, Naxçıvan Mərkəzi Seçki Komissiyasının sonuncu iclası Əjdər Əliyevin sədrliyi ilə iyulun 12-də keçirilib. 

2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü,  2-si isə bitərəf olub. Onlardan 10-u qadın, 35-i kişi olub.

20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsi ilə deputatların sayı 43-ə enib.

2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutub. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biridir. O, qanunverici orqanda hakim partiyanı təmsil edir.

Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlayıb. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.

Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilib. Hazırda Məclis sədrinin səlahiyyətlərini Anar İbrahimov yerinə yetirir.

Modern.az-ın əldə etdiyi məlumata görə, YAP Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcək. Partiyanın tezliklə namizədlərini açıqlayacağı gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəhid Camal Quliyev Laçında torpağa tapşırılıb
Muxtar Babayev Ömər Bərəkət əl-Nahar ilə görüşdü

900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı