Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11510
az

Deputat: Vaxtilə deyəndə ki, "soğan əkin", çoxu məni təqhir edirdi, indi kilosu 2 manatdır

15:1601 Aprel, 2019
759
CƏMİYYƏT
  • A
 
"Vaxtilə mən deyəndə ki, "gedin soğan əkin", çox adam məni təqhir edirdi. O vaxtı mən demişdim ki, kim nə istəyirsə, əksin, becərsin. Lap gedib soğan əksinlər və sair. Mən belə demişdim, sonra bu fikirlərimi konteksdən çıxarıb "gedin soğan əkin" deyə yazdılar. İndi soğanın kilosu 2 manatdır".

Oxu24.com  Demokrat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Deputat deyib ki, soğan çox bərəkətli nemətdir:

"Söhbət heç də bu gün soğanın qiymətinin baha olmasından getmir. Soğan strateji məhsuldur. İnsanlar müharibələrdən soğanla çıxıblar. Soğan-çörək yeyib müharibədən çıxan insanlar var. Onlar soğana görə ac qalmayıblar. Yəni, soğan, kartof, çörək ən vacib məhsullardır".

A.Abbas qeyd edib ki, indi Azərbaycanda soğan Türkiyəyə görə bahadır:

"Kəndli əkdiyi məhsulunu baha qiymətə Türkiyəyə satır. Heç kəs də onlara qadağa qoya bilməz. Məhsul kəndlinindir, o da istəyir, Türkiyəyə aparıb satır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi