Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1151
az

Azərbaycanda 4 polis həbs olunub, 161-i işdən çıxarılıb

21:2927 Aprel, 2018
1567
SİYASƏT
  • A
 “Ötən 5 ildə korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 203 fakt üzrə 317 əməkdaş haqqında məsuliyyət tədbirləri görülüb. Onlardan 205 nəfəri xidmətdən xaric olunub, 85 nəfəri tutduğu vəzifədən azad edilib, 27 nəfər barəsində isə digər intizam tənbehləri tətbiq edilib”.

Oxu24.com  xəbər verir ki, bu barədə daxili işlər naziri Ramil Usubov ölkəmizdə rəsmi səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai ilə görüşdə bildirib.

Nazir qeyd edib ki, işgəncənin, ləyaqəti alçaldan və ya qeyri-insani rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələrinə uyğun olaraq müvəqqəti saxlama yerlərində şəraitin yaxşılaşdırılması üçün zəruri olan bütün işlər görülüb:

“Respublika üzrə DİN-in 72 Müvəqqəti Saxlama Yeri (MSY) mövcuddur ki, onlar da beynəlxalq standartlara uyğun qurularaq müasir siqnalizasiya, video-nəzarət və digər avadanlıqlarla təchiz ediliblər. Son 5 ildə müvəqqəti saxlama yerlərində 1359 monitorinq keçirilib, xidmət zamanı yol verdikləri nöqsanlara görə 329 əməkdaş müxtəlif intizam məsuliyyətinə cəlb olunub”.

R. Usubovun sözlərinə görə, aparılan araşdırmalar zamanı işgəncə vermə və ləyaqəti alçaldan faktlar aşkar edilməyib:

“Bununla belə, son 5 ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, bir sözlə vətəndaş hüquqlarını pozduqlarına görə 1378 fakt üzrə 1797 nəfər cəzalandırılıb ki, onlardan 4-ü cinayət məsuliyyətinə cəlb edilib, 170-i DİO-dan xaric edilib, 161 nəfər tutduğu vəzifədən azad olunub, 10 nəfərin xüsusi rütbəsi aşağı salınıb, 1452 nəfər barəsində digər intizam tədbirləri görülüb”.

DİN rəhbəri bildirib ki, mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə diqqət mərkəzində olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlham Əliyev zimbabveli həmkarı ilə görüşdü - Foto
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hərbi xidmətdən yayınan daha bir  gənc  həbs  edildi