Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115097
az

Polşa Rusiya ilə sülhü qeyri-mümkün adlandırdı

20:5129 İyul, 2024
155
DÜNYA
  • A

Müasir Rusiya ilə sülh mümkün deyil, çünki o, beynəlxalq normaları pozub və Ukraynaya qarşı təcavüzdən faydalanmağa çalışır.

 

Oxu24.com xəbər verir  ki,  Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.


Nazirin qeyd etdiyi kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Helsinki prosesindən yaranıb, o zaman o dövrün kommunist bloku insan hüquqlarına hörmətlə yanaşmağa və müxalifətə dözməyə, Qərb dünyası isə müəyyən edilmiş sərhədləri tanımağa söz verib. 

 

“Müasir Rusiya bu öhdəliklərin hər ikisini pozdu, çünki Brejnev dövründəkindən daha çox avtoritar rejim tətbiq edib və daha çox siyasi məhbus var. Eyni zamanda güc yolu ilə sərhədləri dəyişməyə başladı”, - deyə Sikorski bildirib.

 

Onun sözlərinə görə, ATƏT Rusiyanın iştirakı ilə Avropada təhlükəsizliyin sabitləşdirilməsi ideyası olub. Uzun illər və onilliklər ərzində Rusiya ATƏT-i bəyənirdi, çünki Rusiyanın orada veto hüququ var idi. Lakin indiyə qədər bütün fərziyyələri və prinsipləri - BMT Nizamnaməsini və faktiki olaraq onun təşəbbüsü ilə yaradılmış ATƏT-i pozub.

 

“Bu, bizi ədalətli nəticəyə gətirir ki, indiki kimi Rusiya ilə sülh əldə edilə bilməz, çünki o, təcavüzdən faydalanmaq istəyir. Ona görə də buna güzəştlə deyil, güclə cavab vermək lazımdır”, - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya öz səmasında Santa Klausu da vurdu - VİDEO

İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı -Nə baş verir?
Zelenski Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi