İsrailin baş naziri Benyamin Netanyahu da nasist lideri Adolf Hitler kimi taleyi yaşaya bilər.
Oxu24.com xəbər verir ki,bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
“Soyqırım Netanyahunun sonu soyqırımçı Hitlerin sonu ilə eyni olacaq” deyən o, bəşəriyyətin fələstinlilərin tərəfində olacağını vurğulayıb.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin xalqını dəstəkləməklə “insanlığın vicdanının səsinə” çevrilib.
Bundan əvvəl Ərdoğan Türkiyənin İsrailə qoşun yeridə biləcəyini demişdi. Onun sözlərinə görə, “belə addımlar atmaq” üçün Türkiyə güclü olmalıdır.
Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, Ərdoğan İsrailə müdaxilə edəcəyi təqdirdə edam edilmiş İraq lideri Səddam Hüseynin taleyini təkrarlaya bilər.
Bundan əvvəl Fələstin lideri Abbasın Türkiyə parlamentində çıxış edəcəyi bildirilirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR