Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115067
az

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ

16:5726 İyul, 2024
292
KRİMİNAL
  • A

Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda martın 31-də başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, istintaq nəticəsində 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilin ağladığı üçün azyaşlı övladını Xəzər dənizinin Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindəki sahilinə aparıb suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi
Daha 92 milyon manat    Azərbaycana   qaytarıldı
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+