Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115065
az

Dövlət mülkiyyətinə vurulmuş ziyanın ödənişi 3 dəfə artıb

16:2726 İyul, 2024
191
İQTİSADİYYAT
  • A

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın gömrük orqanları tərəfindən 16 645 hüquqpozma faktı aşkar edilib.

Oxu24.com Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu barədə gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair açıqlanan hesabatda deyilir.

Bildirilib ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub. Cinayət xarakterli faktların növ tərkibi üzrə qaçaqmalçılıq 79, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama və ya idxal etmə 52, xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 495, gömrük ödənişlərinin ödənilməsindən yayınma 6 və digər cinayət xarakterli faktlar üzrə 52 qeydə alınıb.

Bu ilin birinci yarımilində icraatına xitam verilmiş 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73 %-i ödətdirilib. Bu, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
Bu 2 ölkə ilə yeni    saziş   imzalayacağıq
Gələn aydan bu müavinətin     məbləği     artırılır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi